Bu hallarda təcili yardım gözləməyə vaxt itirmək olmaz - Xəstəni öldürən 5 məqam

Bu hallarda təcili yardım gözləməyə vaxt itirmək olmaz - Xəstəni öldürən 5 məqam
Elə kritik, insan üçün həyati təhlükəli məqamlar olur ki, yaxınları, ətrafdakı insanlər təcili yardım çağırıb, bununla da düzgün hərəkət etdiklərini düşünürlər. Amma bu vəziyyətlərdə təcili yardımı gözləməyə sərf olunan vaxt xəstənin həyatının sonu ola bilər.
Sfera.az medicina.az-a istinadən xəstəni və ağır vəziyyətdə olan insanı təcili yardım gözləmədən ilk yardım göstərib, lazım gələrsə yaxınlıqdakı xəstəxanaya çatdırmağı labüd edən kritik vəziyyətləri təqdim edir.

1.  Arterial qanaxma

Çox güclü, intensiv qanaxma zamanı qan sanki fontan vurur və qısa müddətdə litrlə qan itirilir. Əgər qanaxma dayandırılmasa, xəstə öləcək, hətta təcili yardım gəlsə də gec olacaq.  Bu zaman qanaxan hissəyə barmağınızı salıb tıxac yaratmalı və ya jqut qoymalısız. Təcili yardım 10-15 dəqiqəyə gələcəksə, vaxt itirmədən yola çıxıb, təcili yardıma yolunuzu deyib ya yolda qarşılaşmalı ya da yaxın xəstəxanaya çatdırmalısız. 

Daha bir arzuolunmaz qanaxma ağciyər qanamasıdır. Bu zaman qan nəfəs yollarını tutur. 
Xəstəni elə çevirmək lazımdır ki, qan çölə axsın və o boğulmasın. Ona su, dərman, qida vermək olmaz. 

2.Nəfəs borusunda yad cisim qalması

Daha çox uşaqlarda rast gəlinən bu halda onu çıxarmağa vaxt sərf etmək olmaz. Tənəffüs yolları blok olduqda, xəstə göyərir, huşunu itirir.
Əgər bacarırsızsa, Qeymlix metodu tətbiq olunur. Bu haqda saytımızda video var. Amma bu effekt vermədikdə xəstə təcili olaraq maşınla yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır.
 
3.Hipoqlikemik koma

Qanda qlükozanın səviyyəsinin kritik dərəcədə enməsi. Əvvəlcə xəstə özünü narahat hiss edir, əl-ayaq əzələləri boşalır, tərləyir, su içmək istəyir, ürəyi döyünür, sifəti qızarır, vaxtında bu məqamı tutub, ona şirin su, çay, qənd versəniz vəziyyət düzələ bilər.  Əgər vaxt keçsə, onda qıcolmalar başlayacaq və huşunu itirəcək.

Təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Əgər təcili yardım 10 dəqiqə gec gəlsə, xəstə komaya düşür. Ona təcili venadaxili qlükoza köçürülməlidir. Evdə və ya yaxında bunu bacaran varsa, dərhal aptekdən qlükoza alıb köçürmək olar.
Hipoqlikemik koma daha çox gənclərdə və diabet xəstələrində olur. 

4.Uşaqlarda yalançı inağ

1-6 yaş uşaqlarda infeksiya fonunda yaranır. Əsas təhlükəsi qırtlağın stenozudur ki, tənəffüsü çətinləşdirir. Əvvəlcə inağ kimi hürücü öskürək olur, sonra uşağın ağır nəfəs alması, daha sonra göyərməyə başlaması.
 
Bu zaman uşağın daha yaxşı nəfəs alması üçün bütün pəncərələri açmalı, isti su dolu vannaya uşağı salmaq lazımdır. Təcili yardım gələnə kimi bunları edə bilməsəniz, maşınla təcili yaxınlıqdakı xəstəxanaya aparılmalıdır. 

5.Nəbzin və tənəffüsün dayanması

Bu ağciyər-ürək çatışmazlıqlarında olur. Əgər nəbz var, tənəffüs yoxdursa, deməli nəfəs yolunu təmizləmək, dili çıxarmaq və süni nəfəs vermək lazımdır.
Əgər nəbz də yoxdursa, dəqiqədə  30-40 dəfə olmaqla ürək masajı olunub, süni tənəffüs verilməlidir.

Təcili yardım gələnə kimi bunlar mütləq olunmalıdır. 

OXŞAR XƏBƏRLƏR

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…

"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün ...

Xərçəngin düşməni - Qocalmağı gecikdirən meyvələr

 Gündəlik meyvə istifadəsi sağlamlığımız üzün əvəzsizdir. Mütəxəssislər kişilərə gündə 3, qadınlara isə 2 porsiya meyvə yeməyi məsləhət görürlər. Sfe...

Ürək xəstəliklərinin DƏRMANI: Gündə bir stəkan...

 Orqanizm üçün faydalı meyvələrdən biri də greypfrutdur. Sfera.az xəbər verir ki, araşdırma nəticəsində gündə bir stəkan greypfrut suyunun ürək xəstə...

Xərçəng əleyhinə təsir göstərən TƏRƏVƏZ: Özü kimi yarpaqları da...

 Yarpaqları da özü kimi faydalı olan tərəvəzlərdən biri də turpdur. Sfera.az xəbər verir ki, turp və yarpaqları C vitamini ilə zəngindir. Qocalma ilə...

"Əgər koronavirusun peyvəndi və vaksini yoxdursa, insanlar necə sağalır?"- AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun peyvəndin...

Orqanizmi koronavirusun ağır fəsadlarından qoruyan MADDƏ. Bu məhsullarda var!

Selen insan sağlamlığı üçün ən vacib olan antioksidant minerallardan biridir. Selen iorqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehs...