Dünya

Bir salxım üzümə 11 min dollar ödədi

Bir salxım üzümə 11 min dollar ödədi
Yaponiyanın İşıkava şəhərində yerləşən otellərdən birinin sahibi olan Takaşi Yosokova, Kanazava bölgəsində keçirilən hərracda "Roman Ruby” olaraq adlandırılan 24 ədəd üzümə 11 min dollar ödəyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 12 il əvvəl bazara çıxarılan bu üzüm növü dünyanın ən bahalı üzümü sayılır.
Bildirilir ki, 12-ci illiyi münasibəti ilə hərraca çıxarılan üzüm 2008-ci ilin əvvəlində bazara çıxarılıb. Bu üzümlər yaqut rəngindədir və İşıkavada yetişdirilir. Səlahiyyətli şəxslər, bazara çıxarılan gündən bu günə qədər üzümə tələbatın çox olduğunu və bu il təqribən 26 min ədəd satılacağını qeyd ediblər.
Görünüşü və dadına görə bahalı olan meyvə Yaponiyada daha çox hədiyyə və reklam kampaniyaları zamanı alınır.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031