Bəzi sahələrdə dövlət rüsumları azaldılır

Bəzi sahələrdə dövlət rüsumları azaldılır
 

Azərbaycanda bəzi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün müəyyən edilən dövlət rüsumunun məbləği azaldılır.

Sfera.az-ın Trend-də istinadən məlumatına görə, bununla bağlı "Dövlət rüsumu" haqqında qanuna dəyişikliklər edilir.

Qanunun Milli Məclisə (MM) birinci oxunuş üçün təqdim edilən və qəbul edilən variantında məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10 000, orta ixtisas müəssisələri üçün 15 000, ali təhsil müəssisələri üçün 20 000, əlavə təhsil müəssisələri üçün 15 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15 000 manat müəyyən edilmişdi.

MM-ə ikinci oxunuş üçün təqdim edilən qanun layihəsində isə bəzi rüsumların məbləğləri azaldılıb.

Təklif olunan yeni layihədə variantında məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri üçün 12 000, əlavə təhsil müəssisələri üçün 12 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manata endirilib.


OXŞAR XƏBƏRLƏR

İyulun 8-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 08.07.2020-ci il ta...

Bank of Baku IT infrastrukturunu təkmilləşdirir!

  Daim innovativ həlləri ilə müştərilərini rahat xidmət imkanları ilə sevindirən Bank of Baku bu günlərdə IT infrastrukturunun təkmilləşdirilməsi məqsədil...

"SOCAR-da ştat sayı həddindən artıq yüksəkdir"

  Koronavirus pandemiyası dünyada ən böyük iqtisadi böhranı yaratmaqdadır. Bu böhran nəticəsində artıq bir çox şirkətlər müflis elan edilib, bir çoxunun g...

Kapital Bank filialların önündə müştəriləri günvurmadan qoruyur

  "Kapital Bank” koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün müştərilər üçün növbəti rahatlığı təmin edən tədbi...

Manat bolluğu dollara tələbi yenidən artırır - TƏHLİL

2020-ci ilin mart ayındakı dollar ajiotajından sonra ölkədə həm mart, həm də apreldə ciddi manat qıtlığı yaranmışdı. Martda pul bazasının həcmi 2,045 milyard ...

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

 Müştərilərin öz nağdsız ödənişlərindən qazanması üçün müxtəlif imkanlar yaradan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir yeniliyini təqdim edib. &n...