Dünya

Bəşər Əsəd ermənilərlə işbirliyinə başladı - Suriyada döyüşən ermənilərin VİDEO-su

Bəşər Əsəd ermənilərlə işbirliyinə başladı - Suriyada döyüşən ermənilərin VİDEO-su
Kilikiya Erməni Patriarxlığının baş arxiyepiskopu 1-ci Aram Suriya prezidenti Bəşər Əsəd ilə görüşüb.
Görüş zamanı Suriyadan köçən ermənilərin geri dönməsilə bağlı məsələləri müzakirə ediblər.  
Əsəd bildirib ki, ermənilər hər zaman Suriyanın inkişafında yaxından iştirak edib: "Ermənilər bizim etibar etdiyimiz, sevdiyimiz və olduqca zəhmətkeş vətəndaşlarımızdır".
Kilikiya Erməni Patriarxlığının baş arxiyepiskopu isə Hələbdə yerləşən və 2015-ci ildə İŞİD tərəfindən dağıdılan "Surp Karasun Manuk" ermeni kilisəsinin təmirinə dəstək verdiyi üçün Əsədə təşəkkür edib.
Məluma üçün bildirək ki, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, o cümlədən də Ermənistan dövləti Bəşər Əsəd rejiminə hər zaman dəstək nümayiş etdirib. Hazırda Bəşər Əsədin nəzarəti altında olan ərazilərdə Ermənistan ordusunun 100-ə yaxın hərbçisi Rusiya əsgərlərilə bərabər xidmət keçir.
Onu da bildirək ki, Suriyada vətəndaş müharibəsi başladığı zaman ermənilər Bəşər Əsəd tərəfindən müharibəyə qatılıblar. Ermənilər Bəşər Əsədə bağlı olan ordududa xidmət etməklə bərabər "Hizbullah"ın tərkibində könüllü qruplar şəkilində döyüşüblər. Eyni zamanda dünyanın bir çox ölkəsindən Suriyaya gələn könüllü ermənilər Bəşər Əsəd tərəfində vuruşublar.Yeniavaz

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031