Hadİsə

Bakıda yaşayış binasında yanğın: FHN açıqlama verdi - VİDEO

Bakıda yaşayış binasında yanğın: FHN açıqlama verdi - VİDEO
13-52
 
Paytaxtın Azadlıq prospektindəki yaşayış binalarından birində yanğın baş verməsilə bağlı məlumat vermişdik.
 
Bununla bağlı əməkdaşımız Fövqaladə Hallar Nazirliyi ilə əaqə saxlayıb və baş vermiş olayın təfərrüatları bəlli olub. FHN-dən Sfera.az-a verilən məlumata görə, Azadlıq prostekti 89 ünvanında, beşmərtəbəli binanın beşinci mərtəbəsində mənzillərin birində paltaryuyan maşında tüstüləmə baş verib. FHN əməkdaşları hadisə yerinə çatanda məlum olub ki, tüstülənmənin qarşısı mənzil sahibi tərəfindən alıb. Odur ki, hansısa müdaxiləyə ehtiyac qalmayıb.
 
***
 
Paytaxtın "Azadlıq” prospektində yerləşən yaşayış binasında yanğın baş verib.
 
Sfera.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğının baş verdiyi bina ABŞ səfirliyinin yaxınlığında yerləşir. Hazırda FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerindədir və yanğının söndürülməsinə çalışılır. Yanğın baş verən binadan sakinlərin təxliyyəsinə başlanılıb.
 
Əlavə məlumat verməyə çalışacağıq.
 


XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031