Bakıda sərxoş sürücü sükan arxasında yatdı, görün nələr oldu - VİDEO

Bakıda sərxoş sürücü sükan arxasında yatdı, görün nələr oldu - VİDEO
Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində ("Kukla teatrı"nın yanı) hərəkətdə olan "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.

Hadisə gecə saatlarında baş verib. Görünür ki, uzaq yoldan gələn sürücü yorğunluqdan sükan arxasında yatıb. Onun sərxoş olduğu da üzə çıxıb. Videoda sonuncu kadrlara diqqətlə baxın. Sürücü birinci maneədən yayınsa da, ikinci cəhdi uğursuz alınır və qəza baş verir.

Odur ki, daim sürücülərə tövsiyə olunur ki, spirtli içkinin təsiri altında və ya yorğun vəziyyətdə avtomobil idarə etməsinlər. Sükan arxasında yuxu hiss etdikdə mütləq avtomobili kənara çəkib dincəlsinlər. Bu dəfə sürücünün həyatı xilas oldu. Amma daha ağır nəticələr də baş verə bilər. 


OXŞAR XƏBƏRLƏR

Bakıda fahişələrlə əylənən ərəblərin başına iş açdılar

Səudiyyə Ərəbistanı vətəndaşları quldur basqınının qurbanı olublar. Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a Səbail Rayon Polis İdarəsindən məlumat ver...

Nazirlik Saleh Məmmədovu məhkəməyə verir

  Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sər...

Ağdaş sakini 5.5 metr uzunluğunda ilan öldürdü - FOTO

Ağdaş rayonunda nəhəng ilan peyda olub. Sfera.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kəndində baş verib. Kənd sakini Fərhad Mustafay...

Klarnet ifaçısının toyda ölüm anı – Video

Dünən paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş tutan toy məclisində klarnet ifaçısı qəfildən dünyasını dəyişib.   Vaqif Zabrat...

Arvadı evdən gedən kişi gecə yarısı görün nələr etdi — TƏFƏRRÜAT

Bakıda qətl hadisəsi törətməyə cəhd etməkdə təqsirli bilinən Maştağa qəsəbəsi sakini, 1977-ci il təvəllüdlü Elvin Səlimovun cinayət işi üzrə məhkəmə prosesi baş...

Xəzər dənizində insanları vahiməyə salan qəribə canlı peyda olub – Video

Xəzər dənizində qeyri-adi hadisə baş verib. Sfera.az xəbər verir ki, bu barədə unikal.org-a hadisə şahidləri məlumat veriblər. Şahidlərin sözlərinə görə, Novxa...