Krİmİnal

Bakıda hosteldə əcnəbinin 1080 manat pulu oğurlanıb

Bakıda hosteldə əcnəbinin 1080 manat pulu oğurlanıb


Bakıda hosteldə əcnəbi vətəndaşın pulu oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları (680 manat – red.) pulunun oğurlandığını bildirib.

 

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031