Hadİsə

Bakı - Tbilisi qatarı qəzaya uğradı: Onlarla sərnişin qatardan çölə buraxılmır - VİDEO

Bakı - Tbilisi qatarı qəzaya uğradı: Onlarla sərnişin qatardan çölə buraxılmır - VİDEO
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

Yaralananlar barəsində hələlik məlumat yoxdur.

Hadisə şahidlərinin bizə yolladığı videonu təqdim edirik.


XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031