Cəmİyyət

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilər tərəfindən "Facebook” üzərindən göndərilən müraciətlərin effektiv cavablandırılmasına görə növbəti dəfə "Socially Devoted” sertifikatına layiq görülüb.

Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən beynəlxalq "Socialbakers” şirkəti 2019-cu ilin II rübündə daxil olan sorğuların Bakcell tərəfindən 100%-ni cavablandırdığını qeyd edib. Qeyd edək ki, Bakcell cari ilin I rübündə də ən yüksək nəticə göstərərək "Socially Devoted” sertifikatına layiq görülüb. Bakcell şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olur.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti "Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından "Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7500-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031