Azərbaycandakı pivə zavodu 50 illik yubileyini qeyd etdi - FOTOLAR

Azərbaycandakı pivə zavodu 50 illik yubileyini qeyd etdi - FOTOLAR
 

İyunun 12-si ölkənin ən böyük pivəbişirmə şirkəti Carlsberg Azerbaijan Xırdalandakı pivə zavodunun 50 illik yubileyini qeyd etdi.


Bir az tarixdən danışaq: Zavod istismara 1969-cu ildə verilmişdir və o, SSRİ-dəki altı ən böyük pivəbişirmə müəssisəsindən biri idi. 1997 –ci ildə Qrup Kastel şirkəti zavodu almış və 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilətəntənəli açılış baş tutmuşdu. 2008-ci ildə zavod Carlsberg Group-un bir hissəsi olmuşdu.


Yubiley tədbirində şirkətin bütün respublika üzrə əməkdaşları, Carlsberg Group Şərqi Avropa regionunun vitse – prezidenti Lars Leman və Carlsberg Group rəhbərliyinin digər nümayəndələri, həmçinin Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin Abşeron rayon İcra hakimiyyətinin nümayəndələri iştirak etmişdilər.

 

Carlsberg Azerbaijan şirkətinin Baş direktoru Vyaçeslav Maltsev öz təbrik nitqində vaxtilə zavodun yarandığı zamandan indiyədək şirkətdə çalışan əməkdaşlardan, bunun irsiliklə müasirliyin birləşməsinin gözəl bir nümunəsi olmasından danışdı və məhz bu amilin Carlsberg şirkətini unikal etdiyini bildirdi. Tədbirin zamanı zavodda 20 ildən artıq işləyən və zavodun inkişafına öz töhfəsini verən əməkdaşlar xüsusilə qeyd edildi.

 

Daha sonra Carlsberg Group Şərqi Avropa regionunun vitse – prezidenti Lars Leman da təbrik çıxışı edərək qeyd etdi ki, zavodun 50 illiyi Carlsberg-in Azərbaycanda mövcudluğunun 10 illiyi ilə üst-üstə düşmüşdür və Carlsberg Group Azərbaycanın pivə bazarındakı böyük potensialını görür və onun inkişafına inanır.

 

AR-in İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərovun nitqi yekunlaşdırıcı çıxış olmuşdur. O, öz nitqində Carlsberg Azerbaijan şirkətinin ölkənin iqtisadiyyatına verdiyi töhfənin vacibliyindən danışmış və onun zavodun inkişafına qoyduğu investisiyaları yüksək qiymətləndirmişdir – bu investisiyaların ümumi məbləği 50 milyon manatdan çoxdur.

 

Yubiley tədbirində Carlsberg Azerbaijan şirkəti ilə AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin qorunması məqsədi ilə tullantıların idarə olunması sahəsində əməkdaşlığa yönələn 3 il müddətinə Anlaşma Memorandumu imzalandı. Ətraf mühitin qorunması sahəsindəki əməkdaşlıq Carlsberg Group-un dayanıqlı inkişaf proqramının bir hissəsidir: "Birlikdə SIFIRA Doğru".

 

 

Carlsberg Azerbaijan pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücüildə - 8 mln. dekalitrdir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribüterlər, agentliklər, podratçılar).Onun zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon manat təşkil edir. Şirkət portfelinə Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Jiqulyovskoe Firmennoye, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage kimi məşhur brendlər daxildir.


Carlsberg Group 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Group-un zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. Carlsberg Group əməkdaşlarının ümumi sayı 42 000-dən çoxdur.






OXŞAR XƏBƏRLƏR

İcra başçısı yas yerinə gəldi, məclisi dağıtdı: “Bağıra-bağıra ölürlər…” – VİDEO

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirə...

Saimat Meyxer: KİV-də gedən islahatlar "Nedelya" qəzetinə də çatdı

"Ədalət gec vəya tez zəfər çalır" Sfera.az xəbər verir ki, bu sözləri "Nedelya” qəzetinin baş redaktoru Saimat Meyxer sosial şəbəkədə yazıb. O bildirib ...

Şərq qəzetinin baş redaktoru: 10 illik haqsızlıq geridə qaldı

  "Axır ki...Ədalət öz yerini tapdı. KİVDF -nin 10 il haqsızlığına tab gətirən, güc-bəla ilə varlığını qoruyan "Şərq" üzümüzə gələn həftənin əvvəlindən öz...

Bakıda alternativ qaz xətləri çəkilir

  Bakı şəhərində bir sıra ərazilərdə mövcud qaz xətlərinə alternativ xətlərin çəkilməsinə diqqət ayrılıb. Sfera.az xəbər verir ki, qurum bu cür üsul...

SON DƏQİQƏ! Azərbaycanda yüzlərlə şəxs koronavirusa yoluxdu, 6 nəfər öldü

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi

 Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yol polisində daha bir yerdəyişmə edilib. Sfera.az xəbər verir ki, Bakı şəhər Dövlə...