Krİmİnal

Azərbaycanda toyda dava düşdü - Bıçaqlanan var

Azərbaycanda toyda dava düşdü - Bıçaqlanan var
 

Göyçay rayonunda toy mərasimində başlayan dava qanla nəticələnib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Rayondakı "Kənan" restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib. Mərasim iştirakçıları qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031