Dünya

Azərbaycanda müəllim işləyən FETÖ-çülər Afrikada saxlanıldı

Azərbaycanda müəllim işləyən FETÖ-çülər Afrikada saxlanıldı
MİT-in keçirdiyi əməliyyatla Fətullah Gülənin rəhbəri olduğu "FETÖ” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 nəfər Orta Afrika ölkəsi olan Qabondan tutularaq Türkiyəyə gətirilib.
Unikal.org
 Türkiyə KİV-nə istinadən məlumatına görə, saxlanılan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal İstanbul 22-ci Ağır Cəza Məhkəməsinə hakim qarşısına çıxarılıb. Onlar "silahlı terror təşkilatına üzv olmaq”, "təşkilata maliyyə yardımı etmək” maddələri  ilə ittiham olunurlar. 
Qeyd edək ki, İbrahim Akbaş, Adnan Demirönal ifadələrində Qabondan əvvəl, Azərbaycanda müəllim kimi çalışdıqlarını bildiriblər. 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031