Hadİsə

Azərbaycanda məhbus daşıyan maşın qəzaya düşdü: yaralılar var

Azərbaycanda məhbus daşıyan maşın qəzaya düşdü: yaralılar var
Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

Sfera.az ONA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Baş verən qəza nəticəsində məhbus daşıyan maşında olan şəxslər  - polis əməkdaşı, 1988-ci il təvəllüdlü Anar İlham oğlu Alışov, məhbuslar - Balakən rayonu Talalar kənd sakini, 1987-ci il təvəllüdlü Asəf Mustafa oğlu Yolçuyev və Balakən rayonu Tülü kənd sakini, 1973-cü il təvəllüdlü Xalid Məcid oğlu Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031