No Image
No Image

Azərbaycanda insanların ömrü qısalıb

Azərbaycanda insanların ömrü qısalıb
2020-ci ilin rəsmi məlumatlarına əsasən, doğulanların gözlənilən ömür uzunluğu qısalıb. 

Sfera.az xatırladır ki, 2019-cu ildə 76,4 yaş olan gözlənilən ömür uzunluğu, ötən il 73,2 yaşa düşüb. Bu göstərici, 2007-ci ildən sonra qeydə alınan ən pis gösətiricidir. 

Son illərdə doğulanların gözlənilən ömür uzunluğu göstəricisində yaxşılaşma müşahidə edilirdi. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ildə (1991) gözlənilən ömür uzunluğu 70,5 yaş olub. 1995-ci ilə qədər ömür uzunluğu azalaraq 69,1 yaşa düşüb. Amma 1996-cı ildən ömür uzunluğu tədricən yüksəlib və 2007-ci ildə 73-ə, 2013-cü ildə 74,2-yə, 2015-ci ildə 75,2-yə, 2019-cu ildə 76,4-ə çatıb. Müqayisəyə göstərir ki, 2019-cu ildəki gözlənilən ömür uzunluğu ən yüksək olub. 

Təcrübə göstərir ki, iqtisadi böhran, epidemiya gözlənilən ömür uzunluğuna mənfi təsir edir. 2020-ci ildə Covid-19 virusunun yayılması da bu baxımdan öz təsirini göstərib. Virusun kütləvi yayılması ilə əlaqədar ölüm səviyyəsinin kəskin yüksəlməsi gözlənilən ömür uzunluğu göstəricisinin pisləşməsinə səbəb olub. Ötən il dünyasını dəyişənlərin sayı 40 faizdən çox artaraq 75,6 min nəfəri ötüb. 

Qeyd edək ki, doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır. 

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi hərbi xidmətə qəbul elan etdi

Müdafiə Nazirliyinin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Bu barədə Sfera.az-a&...

Kondisioner alarkən nələrə diqqət etməliyik? – AİB sədrindən açıqlama

"Kondisioner bazarında vəziyyət ildən-ilə yaxşılaşır. Əvvəl daha çox şikayət gəlirdi”. Bunu Sfera.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhb...

İlham Əliyev və Ərdoğan arasında Xankəndi ilə bağlı diqqətçəkən dialoq: "Tezliklə..." - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında maraqlı dialoq yaşanıb. Sfera.az&nbs...

Tanınmış vəkil DYP-nin ləğv olunmasını təklif etdi: “Özbaşınalıqdır...”

"Son günlər DYP əməkdaşları sanki vətəndaşları incitmək öhdəliyi götürüb. Başqalarını demirəm, elə özüm və yaxın ətrafım hər gün DYP-nin özbaşınalığı ilə qarş...

Nazir Kamran Məmmədovu rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində daha bir kadr dəyişikliyi edib.  Sfera.az xəbər verir ki, nazirin əmri ilə Ağsu ...

Minaya düşən şəxs: Bir param kabinədə, ayaqlarım isə... - VİDEO

Məqsədimiz çəkiliş qrupu ilə Qamışlı kəndində görüşmək, plan üzrə Susuzluq kəndi ərazisinə daxil olmaq idi. Bu ərazilərdə çəkilişlər aparacaqdıq. Üç nəfər "KamA...