Sİyasət

Azərbaycan Prezidenti UEFA-nın nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti UEFA-nın nümayəndə heyətini qəbul edib

 

 

Prezident İlham Əliyev UEFA-nın nümayəndə heyətini qəbul edib -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONAxəbər verir ki, dövlət başçısı İlham Əliyev Aleksandr Çeferin və UEFA Avropa İcraiyyə Komitəsinin üzvləri ilə əvvəlki görüşünü xatırlayaraq, yenidən nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, Bakının çox gözəl şəhər olduğunu, müasir inkişafı və tarixi ənənələri özündə birləşdirdiyini vurğuladı, onların paytaxtımızda özlərini çox rahat hiss etdiklərini deyib. UEFA-nın Prezidenti Aleksandr Çeferin Avropa Futbol Assosiasiyaları Birliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edərək yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031