“Azarkeşlər belə ağıllıdırsa, buyurub özləri oynasın”

“Azarkeşlər belə ağıllıdırsa, buyurub özləri oynasın”

Milli Məclisin deputatı, Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyətindən və buna görə azarkeşlərin AFFA rəhbərliyini istefaya çağırmasından danışıb. 

Sfera.az xəbər verir ki, Ağacan Əbiyev Demokrat.az-a açıqlamasında bildirib ki, azarkeşlər öz işlərilə məşğul olmalıdırlar:

"Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Əgər azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir".

Deputat deyib ki, əgər azarkeşlər belə ağıllıdırlarsa və futbolu daha yaxşı bilirlərsə, buyurub özləri oynasınlar:

"Görək, azarkeşlər futbol oynayanda necə udurlar? Bəs komandamız qalib gələndə niyə azarkeşlər təşəkkür etmirlər? Bir komanda udanda digəri uduzar, bu həyatın qanunudur. O gün Fransa komandası da 2:0 hesabı ilə uduzdu. İndi buna görə istefa oldu? Mən yenə deyirəm ki, hansısa idman azarkeşlərinin istəyilə AFFA rəhbərliyini və məşqçiləri dəyişmək olmaz. Dünyanın heç yerində belə təcrübə yoxdur. Digər tərəfdən isə dünyada elə dövlətlər var ki, onlar futbolun inkişafına Azərbaycandan dəfələrlə çox vəsait ayırırlar. Ancaq Azərbaycan komandası onlardan üstün olur. Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər. Mən yenə deyirəm. Bu futboldur, komanda udar da, uduzar da. azarkeşlər gedib futbollarını izləsinlər. Digər məsələlərlə futbolçular məşğul olur". 

OXŞAR XƏBƏRLƏR

Ermənilər “Qarabağ”ın İspaniyadakı oyununda da aranı qatdı, dava düşdü - Video

Dünən axşam Avropa Liqasının 5-ci turu çərçivəsində keçirilən "Sevilya” – "Qarabağ” (2:0) matçında ermənilər yenə aranı qarışdırmağa çalışıb. SFera.az xəbər ve...

Millinin futbolçusu meydana çıxmaqdan imtina etdi, AFFA-nı dinləmədi: "ƏL ÇƏKİN YAXAMDAN..."

Millinin Slovakiya ilə səfər oyununda Dmitri Nazarov forma geyinmədi. Nikola Yurçeviçin sevimli futbolçusu kimi bilinən yarımmüdafiəçinin meydana çıxmaması təsa...

“Qarabağ” böyük hesabla qalib gələcək – Siyasətçi təxminləri

"Doğma klubumuzdan hər zaman qələbə gözləmişəm. "Qarabağ həm buna layiqdir, həm də qalib gəlməyi bacarır. Komandamız özünün möhtəşəm oyunu ilə nəyə layiq ...

Bakı finlnın qalibi Çelsi oldu

UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub. ONA -nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin son oyunu Bakıda baş tutub. Azər...

Siyasətçilər Bakı finalında hansı kluba azarkeşlik edəcək? – “PARTİYAMIZ QƏRAR QƏBUL EDİB Kİ...”

  "Çağırış etmişik ki, "Çelsi”yə dəstək verək” Sfera.az-a açıqlamasında bu sözləri mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu çərçivəsin...

Nazirlərimiz tennis oynadı - FOTOLAR

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüse...