Krİmİnal

Avtobus sürücüsünün sükan arxasında narkotik çəkməsinə DANX-dan REAKSİYA (VİDEO)

Avtobus sürücüsünün sükan arxasında narkotik çəkməsinə DANX-dan REAKSİYA (VİDEO)
 

Sükan arxasında narkotik vasitə istifadə etdiyi deyilən sürücü barədə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, fakt öz təsdiqini taparsa, daşıcı şirkət barədə ölçü götürüləcək:

"İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin tərəfindən daxil olan şikayət və videogörüntü ilə bağlı hüquq-mühafizə orqanlarına şifahi şəkildə məlumat verilib. Fakt öz təsdiqini taparsa daşıyıcı şirkət tərəfimizdən ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq".

N.Allahyarova əlavə edib ki, sərnişinlər bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq-mühafizə orqanlarına və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər.


XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930