Cəmİyyət

"Alma" istirahət mərkəzində çirkab suların dənizə axıdılır

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, növbəti belə tədbir Sumqayıt şəhəri ərazisində keçirilib. Reyd zamanı "Alma" istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib və A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031