AccessBank-ın ilk biznes forumunda cavabsız sual qalmadı!

AccessBank-ın ilk biznes forumunda cavabsız sual qalmadı!

 


 

2019-cu ilin iyun ayının 11-də AccessBank-ın təşkilatçılığı ilə vergi və gömrük məsələlərinə aid biznes forum keçirildi.

 

 

Forumun açılışında çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov qeyd edib ki, tədbirə maraq olduqca böyük idi: "Bunun əsas səbəbi burada müzakirə olunacaq mövzulardır. Bildiyimiz kimi, bizim müştərilərimiz və potensial tərəfdaşlarımızın hər biri vergi ödəyiciləridir. Üstəlik, onların böyük bir qismi idxal-ixrac əməliyyatları ilə məşğuldur. Sözsüz ki, onların bu sahələrə aid xeyli sualları var. "Sahibkarın dostu" adını qazanmış bir bank kimi biz qərara gəldik ki, belə bir tədbir keçirək və sahibkarları maraqlandıran sualları cavablandıraq".

 

 

Daha sonra sədr təqdimatla çıxış edib. Cənab Həsənov təqdimatında bildrib ki, ölkədə müşahidə olunan makroiqtisadi sabitlik sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir edən əsas amillərdəndir. Bank rəhbərinin sözlərinə görə, AccessBank öz missiyasına sadiq qalaraq yarandığı gündən etibarən ölkədə sahibkarlığın inkişafına dəstək verir: "Bir qürurverici faktı diqqətinizə çatdırmaq istərdim ki, mikro sahibkarlıq sahəsində verilən kreditlərin 60%-dək AccessBank-ın payına düşür. Biz bundan sonra da geniş filial şəbəkəmiz vasitəsilə müştərilərimizə tamçeşidli xidmətlər təklif etməklə əlçatanlığımızı qorumağı çalışacağıq. Bununla yanaşı, innovativ maliyyə xidmətlərinin tətbiqi bizə bazardakı lider mövqelərimizi saxlamağa imkan verəcək".

 

 

Daha sonra forum paralel keçirilən iki panellərlə davam etdirilib. Vergi panelinə qatılanların suallarını iqtisadçı-ekspert Samir Əliyev, AccessBank-ın Biznesə dəstək departamentinin direktoru Rəhman Əliyev, Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçisi İlkin Dövlətov, KPMG-nin baş vergi məsləhətçisi Xəlil Əlizadə cavablandırıb. Gömrük panelinə qatılanlar isə suallarını AccessBank-ın Pərakəndə biznes departamentinin meneceri Cəmilə Tağıyeva, Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçiləri Fuad Məmmədov və Əliəkbər Heydərov, KPMG-nin hüquq üzrə meneceri Simuzər Feyzullayevaya ünvanlayıblar. Sual-cavab sessiyası olduqca maraqlı diskussiya şəraitində keçib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan etdi

  İstedadların inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir layihəsini elan edib. Bank yeni məzunlar və tələbə-ma...

Azərbaycan nefti bahalaşıb

  CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 5-də 47,16 dollar/barel təşkil edib ki, bu da əvvəl...

İki brend bir arada - BirKart Umico kartını qarşılayın!

  Kapital Bank "Competo” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni ko-brend BirKart Umico kartını təqdim etdi. Adi keşbek kartlarından fərqli olaraq bu k...

Xarici borcları daxili borclar əvəz edəcək – Şərh

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında Maliyyə naziri Samir Şərifov dövlətin borc siyasətinə tox...

Avqustun 6-da xarici valyutaların manata qarşı məzənnələri

  Azərbaycan Mərkəzi Bankı 6 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, avqustun 6-da ...

Azərbaycanda qızıl və gümüş bahalaşıb

 Azərbaycanda qızıl və gümüş bahalaşıb.   Sfera.az xəbər verir ki, avqustun 5-də qızılın qiyməti avqustun 4-ü ilə müqayisədə 82,391 manat (2,45...