Cəmİyyət

Abşeron və Sumqayıta internet verildi

Abşeron və Sumqayıta internet verildi
Abşeron rayonunun və Sumqayıt şəhərinin internetlə təchizatında yaranmış problem aradan qaldırılıb.

"Report”un məlumatına görə, hazırda hər iki bölgəyə normal internet verilir.

Xatırladaq ki, internetin kəsilməsinə səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan "Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsi olub. 18 saatlıq axtarışdan sonra kabelin zədələndiyi yer bu gün saat 10:00-da müəyyən edilib.

Məlum olub ki, zədələnmə kabelin altından keçdiyi avtomobil yolunda qazıntı işləri aparılarkən baş verib. Bununla belə, havanın yağışlı, ərazinin palçıq olması təmir-bərpa işlərinin müddətini bir neçə saat uzadıb.  

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031