Sabahın havası

Sabahın havası

İyunun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 14-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR

Polis bu yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaq - Nəzarət gücləndirilir

  Daxili İşlər Nazirliyi sabahdan Bakı küçələrində karantin postlarının yığışdırılması ilə bağlı əhaliyə xəbərdarlıq edib.    Sfera.az-ın "Qaf...

Atəşkəs 53 dəfə pozulub

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ...

SMS icazə ləgv edilir?- RƏSMİ açıqlama

Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək.   Sfera.az xəbər verir ki AZSABAH.COM-a ...

Sərt karantin rejimi tətbiq edilməyən rayonlarda toylara icazə verilir?-AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünə ölkədə 556 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə dünyasını dəyişib. Qeyd edək ki, Nazirlər Kabineti sərt karanti...

XƏBƏRDARLIQ - Azərbaycanda iyulun 20-dən avqustun 20-dək... - VİDEO

Azərbaycanda bu il iyul-avqust aylarında quraqlığın müşahidə ediləcəyi gözlənilir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutun...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb. Bu barədə Sfera.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər ...